Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

«Donuz qripi»nə yoluxan 15 yaşlı xəstə müalicəsini başa çatdırır


«Donuz qripi»nə yoluxan iki xəstədən biri artıq evə buraxılıb. Müalicəsini davam etdirən 15 yaşlı digər xəstənin vəziyyəti də yaxşıdır. O bugünlərdə evə buraxılmalıdır.

Bu haqda «Azadlıq» radiosuna Səhiyyə Nazirliyi Sanitar Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib: «Xəstənin hərarəti yoxdur. Müalicə kursunu başa çatdırır».

Viktor Qasımov deyir ki, H1N1 virusuna yoluxmuş xəstələrin müalicə başa çatdıqdan sonra evə buraxılması təhlükəli deyil, artıq onlar başqalarını «donuz qripi»nə yoluxdura bilməzlər: «Əgər biz onu xəstəxanadan evə yazırıqsa, demək başqasını yoluxudura bilməz. O tam sağlam vəziyyətdə evə buraxılır».

Sektor müdiri bunu da deyir ki, həmin xəstələrlə əlaqədə olan yaxınları və ya onlarla eyni təyyarədə uçan sərnişinlər arasında da yoluxma halları qeydə alınmayıb.

Bu il iyulun 30-da Səhiyyə Nazirliyi Azərbaycanda iki nəfərin H1N1 virusuna yoluxması haqda məlumat yaymışdı. Onlardan biri 40 yaşlı qadın xəstəliyə Fransada, 15 yaşlı uşaq isə Böyük Britaniyada yoluxmuşdu.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına növbəti müraciət edərək «donuz qripi» tapılan ölkələrə səfərləri təxirə salmağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG