Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 01:13

NATO mötədil talibançılarla dialoqa hazır olduğunu deyir


NATO-nun yeni baş katibi Andres Forq Rasmussen Əfqanıstandakı mötədil talibançılarla dialoqa getməyə hazır olduğunu bildirib.

O Danimarka mətbuatına müsahibə verərkən deyib ki, Taliban hərəkatının ayrı-ayrı qruplarıyla danışıqlar Əfqanıstan cəmiyyətində barışığa apara bilər.

Xatırladaq ki, dünəndən NATO-ya Andres Forq Rasmussen rəhbərlik edir.

Əfqanıstanda isə hücumlar səngimək bilmir.

Dünən ölkənin cənubunda baş vermiş partlayışda 3 Amerika əsgəri ölüb.

Kabilin şimalında talibançılarla toqquşmada isə 1 Fransa əsgəri ölüb, ikisi isə yaralanıb
XS
SM
MD
LG