Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:11

«Cavad xan» alqışlarla qarşılandı


«Cavad xan» filminin təqdimatı
«Cavad xan» filminin təqdimatı
İyulun 31-də Heydər Əliyev sarayında Azərbaycan kinosunun 111 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə «Cavad xan» filminin premyerası oldu.

Filmin nümayişindən əvvəl Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, ssenari müəllifi xalq şairi, deputat Sabir Rüstəmxanlı, Cavad xan rolunun ifaçısı xalq artisti Nurəddin Mehdixanlı və yaradıcı heyətin bir neçə başqa üzvü bu ekran əsərinin necə ərsəyə gəlməsindən danışdılar. Tədbirə bir sıra ölkələrdən qonaqlar da qatılmışdılar. Sarayın foyesində isə filmin çəkilişlərində istifadə olunan geyimlər düzülmüşdü.

Azərbaycan kinosu və bu sahədə görülən işlərə həsr olunmuş sənədli filmin nümayişindən sonra «Cavad xan» təqdim edildi. Filmin nümayişi zamanı epizodların təsirindən asılı olaraq tamaşaçılar gah kövrəlib göz yaşını saxlaya bilmir, gah da «bravo» qışqıraraq yaradıcı heyəti alqışlayırdılar. Düz 2 saata qədər bir zaman kəsiyində bu hal dəfələrlə təkrarlandı. Film başa çatdıqda isə təxminən futbol yarışlarında həlledici qoldan sonra baş verən partlayışı xatırladan alqış səsləri sarayı başına götürdü. Beləliklə də, Azərbaycan öz kinosunun daha bir gününü qeyd etdi, kino fondumuz isə yeni tarixi bir filmlə zənginləşdi. Özü də o ekran əsəri ilə ki, qəhrəmanı haqda sovetlər dönəmində nəinki film çəkmək, hətta şer yazmaq çox çətin idi.

Sabir Rüstəmxanlı: «Cavad xan» filminin çəkilməsi ilə Azərbaycanın həqiqi tarixinin kiçik bir hissəsi bərpa olunub, bir haqq yerini tapıb, ədalət qələbə çalıb. 18 yaşımda yazdığım bir Vətən şeri vardı.

Cavad xan rolunun ifaçısı xalq artisti Nurəddin Mehdixanlı
Bir ərçin buluddu,
Bir ömür umuddu,
Bir içim sudu,
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu,
Bir dənə bahar leysanıdı,
«21 Azər»in qanıdı,
Cavad xanın dəfn yeridi,
Sabirin «fəxriyyə» şeridi,
Dağları dumanda itən,
Vətən, Vətən !

Kitabın redaktoru bizim hörmətli şairimiz İlyasTapdıq idi. Dedi Gəncəli Cavad xanın burada verilməsinə razı olmazlar.
Dedim İlyas müəllim nə Gəncəli? Bu, Cavad xan mənim babalarımdan biridir. O, da usta adamdı. Dedi izahatın məni qane eləyir. Bu yolla senzuradan keçirərik».

«Cavad xan» filmi Sabir Rüstəmxanlının «Ölüm zirvəsi» romanının son fəsilləri əsasında ekranlaşdırılıb.

Filmin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi (İran İslam Respublikası), bəstəkarı Sərdar Fərəcovdur.

Filmin çəkildiyini biləndə Amerikadan Cavad xan nəslinin nümayəndələrindən biri – Rza Cavadxani bir neçə günlüyə Azərbaycana gəlib, Gəncədə olub. Ona Azərbaycan vətəndaşlığı verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG