Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

İranlı islahatçı seçkidə pozuntu olmadığını deyib


İyunun 12-də İranda keçirilmiş seçkilərdə qanun pozuntusu olmayıb.

Bunu tanınmış islahatçı, keçmiş prezident Məhəmməd Xatəminin baş köməkçisi Məhəmməd Əli Abtahi bu gün məhkəmə prossesində deyib.

İranda iyun nümayişlərində həbs olunan müxalifətçilərin məhkəməsi başlanıb.

Məhəmməd Əli Abtahi, xarici işlər nazirinin keçmiş müavini Möhsün Əminzadə və bir sıra keçmiş hüquq müdafiəçiləri də onların arasındadı.

Onlar mübahisəli 12 iyun seçkilərindən sonra iğtişaşları qızışdırmaqda, ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə, qiyam və hökumətə qarşı olan qruplarla əlbir olmaqda ittiham olunurlar.
XS
SM
MD
LG