Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Rusiyanın müdafiə naziri Bakıya gəlib


Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu gün səhər Bakıya gəlib.

Turan agentliyinin məlumatına görə , səfərdə məqsəd tərəflər arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etməkdi.

Rusiyanın müdafiə naziri səfər zamanı Azərbaycanlı həmkarı Səfər Əbiyev və ölkənin digər rəsmi nümayəndələrilə görüşəcək.

Anatoli Serdyukovun Qəbələ RLS-də baş çəkəcəyi gözlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti deyir ki, səfər işgüzar xarakter daşıyır.
XS
SM
MD
LG