Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 05:35

Rusiyanın müdafiə naziri Qəbələ RLS-də olub


Anatoli Serdyukov
Anatoli Serdyukov
Rusiyanın müdafiə naziri Anatoli Serdyukov avqustun 1-i səhər saatlarında Bakıya gəlib.

Səfərin məqsədi hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində A.Serdyukov Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə birlikdə Qəbələ Radiolokasiya Stansiyasına baş çəkiblər.

Daha sonra rusiyalı nazir prezident İlham Əliyevin qəbulunda olub.

İ.Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
XS
SM
MD
LG