Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Moldova müxalifəti prezidenti seçmək üçün danışıqlara başlayır


Parlament seçkilərində birlikdə kommunistlərdən çox səs toplayan Moldovanın Qərbmeylli müxalifət partiyları yeni hökuməti formalaşdırmaq və prezidenti seçmək üçün danışıqlara dərhal başlayacaqlar.

Moldovanın Demokrat Partiyasının sədri Marian Lipu bu gün belə deyib. Lipunun sözlərinə görə, sonrakı mərhələdə parlamentdə ən iri fraksiya olan Kommunistlərlə danışıqlara başlamaq lazım gələcək.

Moldovada Çərşənbə günü keçirilən parlament seçksində 4 müxalifət partiyası birlikdə səslərin yarıdan çoxunu toplayıb. İndi Moldova müxalifətinin hökumət formalaşdırmaq üçün yetərincə mandatı var. Ancaq ölkə prezidentini seçə bilmək üçün yenə də kommunistlərin dəstəyinə ehtiyacları olacaq.

Apreldəki seçkilərdə kommunistlər mandatların yarıdan bir az çoxunu əldə eləmişdilər. – ancaq mütləq çoxluq əldə edə bilmədiklərindən yeni prezidenti seçə bilməmişdilər. 2 uğursuz səsvermədən sonra Kommunist president Voronin parlamenti buraxıb, yeni seçki keçirmək məcburiyyətində qalmışdı.

Lipunun açıqlamalarından sonra, Kommunistlərin lideri Voronin bildirib ki, onun partiyası müxalifətlə qarşılıqlı etimada əsaslanan dialoqa hazırdır.
XS
SM
MD
LG