Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 02:23

«Heç bir təhlükədən söhbət gedə bilməz»


Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov
Azərbaycanda da «donuz qripi» kimi tanınan H1N1 virusuna ilk yoluxan iki nəfər aşkarlandı. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov «Azadlıq» radiosunun «İşdən sonra» proqramında bu barədə danışıb.

- Hadisəyə iki cür baxış var. Birincisi təşviş xarakterlidir ki, vəziyyət gərgindir, ölüm halları artacaq. İkincisi isə, əksinə, sübut kimi adi qripdən ölüm halların H1N1-dən qat-qat çox olduğunu irəli sürürlər. Kimlər daha haqlıdır?

- Heç bir təhlükədən söhbət gedə bilməz. Adi qripdən 2%-dək ölüm olur, H1N1-dən isə bu göstərici maksimum 0,6%-dir. Bunların da tam əksəriyyəti həmin zaman ikinci xəstəliyə düçar olduqlarına görə ölürlər. Əsasən, bu xroniki xəstəlikləri olan insanlardı. Buraya şəkər, onkoloji xəstəliklər aiddir. Yəni, bədənin immun sistemi pozulmuş olan halda ölümlə rastlaşmaq mümkündür.

H1N1 virusundan qorxmağa heç bir əsas yoxdur. Hətta adi qripdən daha asan müalicə olunan haldır. Əgər, immun sistem güclüdürsə.

- Bu baxımdan, Azərbaycanda immunoloji vəziyyəti necə qiymətləndirirsiniz? Əgər möhkəm deyilsə, onda H1N1 də rahatlıqla yayılacaq.

- Yox, elə demək olmaz. H1N1 Azərbaycana 160-dan çox ölkədə tapılandan sonra çatdı. O da, xaricə gedib-qayıdanlarda üzə çıxdı. Bu yeni xəstəlikdir. Bədəndə, ilkin olaraq, H1N1-ə qarşı immunitet ola da bilməz. Ona görə, insanın immun möhkəmliyi ön plana keçir. H1N1 ən ağır şəkildə alkoqolik və narkomanlarda keçə bilər. Azərbaycan cəmiyyəti isə, əsasən sağılam cəmiyyətdir.
XS
SM
MD
LG