Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Britaniyada müharibə dinləməsi başlandı


Britaniyanın İraq müharibəsinə necə cəlb olunduğu haqda uzun müddətdir ki, gözlənən dinləmə başlandı.
Britaniyanın İraq müharibəsinə qoşulmasının əleyhinə olanlar ümid eləyirlər ki, bu dinləmə həmin iştirakın vacibliyi haqda kəşfiyyat dəlillərini alt-üst edəcək. Britaniya Amerikanın İraqa qarşı müharibəsinə 2003-cü ildə qoşulub.
Baş nazir Qordon Braun əvvəlcə deyirdi ki, dinləmə qapalı olacaq. Ancaq tənqidlərdən sonra artıq bunda təkid etmir.
Dinləməyə sədrlik eləyən Con Çilkot deyir ki, dinləmənin bir çox iclasları ictimaiyyətə açıq olacaq.
XS
SM
MD
LG