Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:07

Gürcüstan separatçı regionu ittiham edir


Gürcüstan hökuməti ilə separatçı Cənubi Osetiya rəhbərliyi bir-birini münaqişə bölgəsində atəş açmaqda günahlandırıb.

Gürcüstanın Daxili İşlər naziri deyib ki, bu səhər Nikozi kəndi Osetiya tərəfdən atəşə tutulub.

Separatçı regionun hökuməti də bildirib ki, Sxinvali şəhərinə Nikozi kəndindən top mərmisi atılıb.

Tərəflərin heç biri itki barədə məlumat vermir.

Ötən ilin avqustunda Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya ilə Gürcüstan arasında hərbi münaqişə olub.
XS
SM
MD
LG