Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:28

İran müxalifəti ölənləri yad etmək niyyətindədir


Iranın müxalifət liderləri Mir Hüseyin Musəvi və Mehdi Karrubi prezident seçkilərindən sonra etiraz aksiyaları zamanı öldürülənlərin qəbrlərini ziyarət etməyi planlaşdırır.
Bu açıqlamanı iyulun 30-da Karrubinin ofisi yayıb.

Buna qədər İran rəhbərliyi ölənlərin 40 mərasiminin Tehranın Mosalla məscidində keçirilməsinə icazə verməyib.

İyunun 20-də öldürülənlər arasında 27 yaşlı qız - Neda Soltan da var. Nedanın ölüm səhnəsi internetdə yayılandan sonra o, Əhmədinejat əleyhinə etirazların rəmzinə çevrilib.

İran müxalifəti iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrini tanımır, Mahmud Əhmədinejatın qələbəsinin saxta olduğunu deyir.
XS
SM
MD
LG