Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 20:24
Bakı Metropoliteninin «Əhmədli» stansiyasında 21 yaşlı gənc özünü qatarın altına atıb. Bu barədə APA-ya Xətai rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə iyulun 29-da saat 21.00 radələrində baş verib. Naxçıvan Muxtar Respublikasının sakini, 1988-ci il təvəllüdlü Şahhüseynov Bulud Eldar oğlu özünü stansiyaya daxil olan qatarın altına ataraq intihara cəhd edib.

O, ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə Yerləşdirilib. Hazırda E. Şahhüseynovun komada olduğu bildirilir. Onun özünü öldürmək istəməsinin səbəbləri isə hələ məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG