Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:19

Azərbaycanda H1N1 virusu yayılsa...


O ölkələrdə ki, virus tapılıb, Səhiyyə Nazirliyi vətəndaşları həmin ölkələrə getməkdən çəkinməyi tövsiyə edir
O ölkələrdə ki, virus tapılıb, Səhiyyə Nazirliyi vətəndaşları həmin ölkələrə getməkdən çəkinməyi tövsiyə edir
Rusiya və Gürcüstanda donuz qripi kimi tanınan H1N1 virusunun yayılmasından sonra xəstəliyin Azərbaycana gəlməsinin qarşısının alınması üçün ara-sıra xəbərlər yayılır. Bu tədbirlərdən birinin müəllifi Azərbaycan Dövlət Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətidir. Qurumdan verilən məlumata görə, dəmir yolu ərazisində yerləşən bütün obyektlərin dezinfeksiyası aparılır, profilaktik preparatların, dezinfeksiya maddələrinin ehtiyatı yaradılır. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov:

«Taun Əleyhinə Stansiyamızda virusa qarşı dərman preparatları, fərdi qoruyucular var. Sərhəd-keçid məntəqələrində həkim briqadaları hazırlanıb. Virus Azərbaycana daxil olarsa, onlar qatarı Bakıya, Bakıdan da əks istiqamətə müşayiət edəcək. Bələdçilərlə sanitar həkimlər artıq təlimlər keçib. Xəstəlik baş verərsə, qatarda hansı işlər görəcəkləri onlara başa salınıb. Ərazidə dezinfeksiya işləri görülür».

Rusiyaya gedən Saratov-Bakı qatarının sərnişini Sahib Dəmirov deyir ki, o getdiyi ölkədə H1N1 virusunun aşkarlandığını bilir. Ancaq bu xəstəlik, ondan necə qorunmaq haqqında sərnişinlərə heç bir məlumat verilmədiyindən narahatdır:

«Məlumat verməyiblər, versəydilər yaxşı olardı. Getməyinə gedirəm, ancaq, çox narahatam. Bəlkə orada məlumatlandırıldıq...»

Rusiya və Gürcüstandan gələn sərnişinlərsə deyirlər ki, nə sərhəd-keçid məntəqələrində müayinələr aparılır, nə də xəstəliklə bağlı onlara hansısa məlumat verilir:

Dəmir Yolunu ərazisindəki bir neçə mağazaya baş çəkirəm. Satıcı Qədir deyir ki, burda dezinfeksiya aparıldığını görməyib. Satıcı həmkarından da dəqiqləşdirir:

«Mən görməmişəm. Tariyel, dezinfeksiya edilməsini görmüsən?

-Yox.

-O da görməyib. Yəqin ehtiyac yoxdur, olsaydı, edərdilər...» Başqa satıcılar da eyni şeyi dedilər.

Səhiyyə Nazirliyindən bildirirlər ki, xəstəliyi müəyyən etmək üçün monitorinqlər aparır. Monitorinqi aparılan şəxslərsə kəskin yoluxucu xəstəliyə tutulanlardır. Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya nəzarəti sektorunun rəhbəri Viktor Qasımov deyir ki, bu günə kəskin respirator infeksiyalara yoluxmadan şübhəli olan 500 nəfərdən nümunə götürülüb, onlarda H1N1 virusu (donuz qripi) aşkar edilməyib.

Viktor Qasımov deyir ki, o ölkələrdə ki, virus tapılıb, onlar vətəndaşları həmin ölkələrə getməkdən çəkinməyi tövsiyə edirlər. İki xəstəxana - Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun klinikası və 7 saylı yoluxucu xəstəliklər xəstəxanasında isə bu cür xəstələrin müalicəsi üçün xüsusi palatalar ayrılıb.
XS
SM
MD
LG