Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:18

İranda 140 müxalifətçi zaminə buraxılıb


İranın hakim dairələri iyun nümayişlərində həbs olunanlardan 140-nı zaminə buraxıb.

İranda qadın hüquqlarının müdafiəçisi kimi tanınan Şadi Sədr də onların arasındadı.

Sədr iyulun 17-də həbs olunmuşdu.

Vəkili azad olmaq üçün onun təxminən 50 min dollar məbləğində girov qoyduğunu deyir.

Hakimim dairələr deyir ki, onlar elə bir ciddi cinayət törətmədiklərinə görə zaminə buraxılıblar.

Məlumatlara görə 200-ə yaxın müxalifətçi hələ də həbsdədi.

Onlar 12 iyun prezident seçkilərinin nəticələrinə etiraz edərkən həbs olunublar.
XS
SM
MD
LG