Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Bakıda 2 avtobus bir-birinə çırpıldı. Xəsarət alanlar var


İyulun 29-u Nobel prospektində 197 saylı marşrut avtobusu yol kənarında dayanan “Toyota” markalı şirkət avtobusuna çırpılıb. Bu barədə «Azadlıq» radiosuna Xətai rayon Polis İdarəsindən məlumat verilib. Qəza nəticəsində marşrut avtobusunda olan 10 sərnişin xəsarət alıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkim müavini Rauf Nağıyevin dediyinə görə, xəsarət alanlardan 5-nə hadisə yerində tibbi yardım göstərilib. Digər 5 nəfərin isə vəziyyəti orta ağır olduğundan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xətai rayon Polis İdarəsindən faktla bağlı araşdırma aparıldığı bildirilib.
XS
SM
MD
LG