Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Venesuella Kolumbiya ilə münasibətləri dondurur


Venesuella prezidenti Uqo Çaves Kolumbiyadakı səfiri geri çağırıb və qonşu dövlətlə bütün diplomatik münasibətləri dondurur. Bu qərardan əvvəl rəsmi Boqota bildirib ki, üsyançı kolumbiya qruplaşmasına silah-sursat Venesuelladan daxil olub.

Çaves prezident Alvaro Uribe hökumətini «məsuliyyətsiz» hərəkət etməkdə günahlandırıb.

O deyib ki, hərbçilərin gizli anbarlarda aşkarladığı İsveçdə hazırlanan tank əleyhinə raketin Venesuelladan gətirilməsi ilə bağlı heç bir sübut yoxdur.

Bununla belə İsveç silahın başlanğıcda Venesuella ordusuna satıldığını təsdiqləyib.
XS
SM
MD
LG