Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:06

Moldovada parlament seçkiləridir


Moldovada parlament seçkiləri keçirilir. Dörd ay əvvəl seçkilərdə Kommunistlərin qələbə qazanması ölkədə toqquşmalarla nəticələnmişdi. İndi yenidən Rusiya meylli kommunistlərlə Qərb yönlü liberal müxalifət arasında seçim edilməlidir. Daha sonra yeni parlament - səlahiyyət müddəti bitməkdə olan kommunist prezident Vladimir Voroninin xələfini seçməlidir.

Müxalifət iyun ayında yeni prezidentin seçilməsinə 2 dəfə mane olduqdan sonra, Voronin yeni parlament seçkilərinin keçirilməsinə çağırıb.

Müxalifət hökuməti aprelin 5-də keçirilən parlament seçkilərini saxtalaşdırmaqda günahlandırıb və prezident seçkisini boykot edib.

Moldovada keçirilən parlament seçkilərini təxminən 200-ə yaxın ATƏT müşahidəçisi izləyir.
XS
SM
MD
LG