Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Zədələnmiş futbolçu növbəti oyunda oynamayacaq


İyulun 28-də Bolqarıstanın «Levski» futbol komandası ilə oyunda zədə almış «Bakı» klubunun oyunçusu Feliks Felipe Almeyda xəstəxanadan evə buraxılıb. Klubun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəfael İbadov «Azadlıq» radiosuna deyib ki, həkimlər Almeydanın səhhətində ciddi problem olmadığını deyiblər: «Həkimin dediyinə görə, beyni yüngülcə zədələnib. Hazırda həkimlərin nəzarəti altında evdə müalicə alır».

Rəfael İbadovun dediyinə görə, Feliks Felipe Almeydanın məşqlərə nə vaxt qayıdacağı hələ məlum deyil. Amma böyük ehtimal avqustun 5-də Sofiyada «Levski» futbol komandası ilə növbəti oyunda Almeyda komandanın tərkibində olmayacaq.

İyulun 28-də Bolqarıstanın «Levski» futbol komandası ilə «Bakı» klubunun üzləşməsində hesab heç-heçə olub – 0:0. Feliks Felipe Almeyda oyunun 46-cı dəqiqəsində «Levski»nin cərimə meydançası daxilində sifətindən güclü zərbə alıb. Hücumçu Feliks Felipe Almeyda II təsnifat mərhələsində «Bakı» klubunun «Ekranas»ın (Litva) qapısına vurduğu 6 qoldan 3-ün müəllifidir.
XS
SM
MD
LG