Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Nigeriyada son toqquşmalarda 103 adam ölüb


Son bir neçə gün ərzində Nigeriyanın şimalında islamçı yaraqlılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 103 adam ölüb.

Polis ölənlərin çoxunun yaraqlılar olduğunu deyir.

Ölkədə şəriət qanunları tətbiq edilməsinə çalışan İslamçı yaraqlılar ölkənin şimalındakı bir neçə şəhərdə polis məntəqələrinə hücum ediblər.

Hakimiyyət komendant saatı tətbiq etdikdən və regiona əlavə qüvvələr göndərdikdən sonra vəziyyət nisbətən sabitləşib.
XS
SM
MD
LG