Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

İranda müxalifətçilərin saxlandığı həbsxana bağlanır


İranın ali dini lideri Ayatolla Əli Xamenei iyun nümayişlərində həbs olunmuş müxalifətçilərin saxlandığı həbsxananın bağlanmasını göstəriş verib.

Həbsdə olanların işini araşdıran parlamentdəki xüsusi komissiyanın nümayəndəsi Kazım Cəlali bildirib ki, həbsxanadakı şərait norma və onların hüquqlarına cavab vermir.

Rəsmilər 300-dək etirazçının hələ də həbsdə olduğunu deyirlər.

Müxalifət onların azad olunmasını tələb edir.

Müxalifətçilər 12 iyun mübahisəli prezident seçkilərindən sonra ölkədə keçirilmiş etiraz aksiyaları zamanı həbs olunub.
XS
SM
MD
LG