Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Əfqanıstanda 8 adam ölüb


Əfqanıstanın cənubundakı Helmand əyalətində baş vermiş partlayışda yerli özəl mühavizə şirkətinin 8 əməkdaşı ölüb, 4-ü isə yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə mühavizəçiləri aparan maşın Gereshk rayonunda uzaqdan idarə olunan qurğuyla partladılıb.

Həmçinin dünən Helmand əyalətində daha iki Britaniya əsgəri ölüb.

Böyük Britaniya təkcə bu ay Əfqanıstanda 20-dən çox əsgər itirib.

Britaniya komandanlığı bundan bir gün öncə Helmand əyalətində yaraqlılara qarşı aparılan irimiqyaslı əməliyyatların uğurla başa çatdırıldığını bəyan eləmişdi.
XS
SM
MD
LG