Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:14

AB missiyası Gürcüstanda daha 1 il də qalacaq


Avropa Birliyi Gürcüstandakı müşahidə missiyasının mandatını daha bir illiyinə artırıb.

Birlik ötən ilin avqust ayında Rusiya-Gürcüstan münaqişəsindən sonra Gürcüstana 246 müşahidəçisini göndərib.

AB-nin Xarici İşlər Naziri bir daha Rusiya və Gürcüstanı bütün hərbi qüvvələri müharibəyə qədərki mövqelərinə qaytarmağa çağırıb.

Birlik həmçinin Rusiyanın dəstəklədiyi separatçı regionlara maneəsiz girməsinə şərait yaradılmasını da istəyir.

Hazırda Gürcüstanda vəziyyəti ancaq Avropa birliyinin müşahidəçiləri izləyir. Missiyanın separatçı – Abxaziya və Cənubi Osetiyaya səfər etməsinə icazə yoxdur.
XS
SM
MD
LG