Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Prezident daha bir naziri istefaya göndərə bilmir


İran Prezidenti Mahmud Əhmədinejat Mədəniyət nazirinin istefasını qəbul etməyib. Nazir Məhəmməd Hüseyn Səfər Harandi bazar günü istefa verib - Əhmədienajat ölkənin Kəşfiyyat naziri Gulam Hüseyn Mohsenini işdən azad eləyəndən sonra.

Səfər Harandi bildirib ki, prezident şifahi şəkildə ona da azad olunduğunu bildirib, ancaq yazılı şəkildə bu qərarı verməkdəın çəkinir.

Çünki İran qanunlarına görə, əgər bir prezident 4 illik səlahiyyət müddətində nazirlərinin yarısından çoxunu istefaya göndərərsə, o zaman parlamentdə prezidentin özü üçün etimad səsverməsi keçirilməlidir.

Əhmədinejat isə artıq 21 nazirdən 10-nu dəyişib, bu üzdən növbəti naziri istefaya göndrəmək üçün avqustun 5-ni - ikinci müddət üçün andiçməsini gözləməli olacaq.
XS
SM
MD
LG