Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:44

Suriya-İsrail sülh danışıqları «yaxın hədəflərdən» biridir


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel Misir prezidenti Hüsni Mübarəklə görüşmək üçün Qahirəyə gəlib.

Dəməşqdə olarkən Mitçel Yaxın Şərqdə hərtərəfli sülhə nail olmaq üçün Suriyanı tam əməkdaşlığa çağırmışdı. Suriya prezidenti Bəşar əl-Əsədlə görüşündən sonra Mitçel bildirib ki, Suriya ilə İsrail arasında sülh danışıqlarının yenidən başlanması «yaxın hədəflərdən» biridir.

Hüsnü Mübarəklə danışıqlardan sonra Mitçel Fələstin lideri Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə bir araya gələcək. Mitçelin bu səfəri ABŞ-ın müdafiə naziri Robert Qeytsin regiona səfəri ərəfəsində baş verir.
XS
SM
MD
LG