Son bir ayda İranda baş verən iki təyyarə qazasında birlikdə 185 adam həlak olub, 23 nəfər yaralanıb.
Nüvə planlarına görə beynəlxalq sanksiyalar altında olan İran özünün aviaparkını yeniləyə bilmir. Köhnə Rusiya və Ukrayna təyyarələri istifadə edən İranda son 10 ildə baş verən iri təyyarələr qəzalarını təqdim edirik. Xronologiyanı Reuters agentliyi hazırlayıb.
2000-ci il, 2 fevral.
Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsi nəzarətdən çıxaraq Tehran aeroportunda dayanmış boş A300 təyyarəsinə çırpılıb. C-130-da olan altı nəfər həlak olub, hər iki təyyarə sıradan çıxıb.
2001-ci il, 17 may.
Rusiya istehsalı olan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan İranın Nəqliyyat naziri Rəhman Dadman və onun bir neçə müavini də daxil olmaqla göyərtədə olan 29 nəfər həlak olub.
2002-ci il, 12 fevral.
Tupolev-154 təyyarəsi qəzaya düşüb, 118 nəfər həlak olub.
2002-ci il, 23 dekabr.
Ukrayna istehsalı olan An-140 İranın mərkəzi ərazilərində dağlarda qəzaya uğrayıb. 46 nəfər həlak olub. Ölənlərin əksəriyyəti Rusiya və Ukraynanın təyyarə mütəxəssisləri olub. Onlar İranda yığılmış təyyarənin sınaq uçuşları üçün gedirlərmiş.
2003-cü il, 19 fevral.
İranın əsgər daşıyan İlyuşin-76 təyyarəsinin qəzaya uğraması ilə İnqilab Keşikçilərinin əsgərləri və heyət üzvü olan 276 adam həlak olub.
20024-cü il, 10 fevral.
İranın Fokker-50 təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində aeroprota enərkən qəzaya uğrayıb. 43 adam həlak olub, 45 nəfər də yaralanıb.
2005-ci il, 6 dekabr.
Göyərtəsində 94 nəfər olan İranın C-130 təyyarəsi Tehran yaxınlığında 10 mərtəbəli binaya çırpılıb. Təyyarədə olanların hamısı, binadakılardan isə 22 ada həlak olub.
2006-cı il, 9 yanvar.
Hərbi təyyarə qəzaya uğrayıb. İnqilab Keşikçiləri ordusunun komandirləri də daxil olmaqla 11 nəfər həlak olub.
2006-cı il, 1 sentyabr.
Tupolev-154 təyyarəsi sərnişin təyyarəsi Məşhəd şəhəri yaxınlığında aeroprta enərkən yanıb. 29 adam həlak olub.
2006-cı il, 9 yanvar.
Antonov-74 hərbi təyyarəsi Tehrandan qalxandan az sonra qəzaya uğrayıb. 36 adam həlak olub.
2008-ci il, 24 avqust.
Qırğızıstanın İtek-Air şirkətinin İranla bilrikdə çarter reysi təşkil edən Boeing 737-200 təyyarəsi Bişkek aeroportunda qəzaya uğrayıb. 70 nəfər, o cümlədən də yeniyetmələrdən ibarət yerli basketbol komandasının üzvləri həlak olub.
2009-cu il, 15 iyul.
Tehrandan Yerevana uçan Caspian Hava Yollarının Tupolev Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olanların hamısı – 168 nəfər həlak olub.
2009-cu il, 24 iyul.
153 nəfəri daşıyan təyyarə Məşhəd şəhərinə enərkən qəzaya uğrayıb. 17 nəfər həlak olub, 23 nəfər yaralanıb.