Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

II ixtisas qrupu üzrə imtahanın nəticələri elan olunub


Ali məktəblərə II ixtisas qrupu üzrə keçirilən test imtahanının nəticələri elan olunub. Abituriyentlərin topladıqları ballar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında dərc olunub.

Komissiyanın mətbuat katibi Elnur Nağızadənin dediyinə görə, abituriyentlərin II ixtisas qrupu üzrə imtahanda topladıqları bal müsabiqə şəraiti yaratdığına görə, keçid balı aşağı salınmayıb.

Bu ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 250-dən, riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ana dili, Azərbaycan tarixi və xarici dil fənlərinə nisbi bal məhdudiyyəti isə tətbiq edilmir.

Avqustun 3-dək abituriyentlər ixtisas seçimi etməlidirlər. Elnur Nağızadənin dediyinə görə, ixtisas seçiminin nəticələri avqustun 5-də açıqlanacaq.
Qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya komissiyaları da təşkil olunub. Komissiyada müraciətlərə iyulun 28-dən 30-dək baxılacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG