Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:49

Polis Tehranda etiraz aksiyalarını dağıdıb


Tehranın bir neçə yerində camaat yenidən küçələrə çıxıb.

Amma polis bir qədər sonra nümayişçiləri dağıdıb.

Bu barədə qərb agentlikləri xəbər verirlər.

Həmçinin dünən dünyanın müxtəlif şəhərlərində İran müxalifətinə həmrəylik olaraq aksiyalar keçirilib.

Mitinqləri müxtəlif insan haqları qrupları təşkil edib.

Ən gur nümayişlər Amsterdam, London, və Stokholmda keçirilib.

Təkcə Stokholmda nümayişə 4 mindən çox adam çıxıb.

Həmçinin Nyu Yorkun “Times “ meydanına 400-ə yaxın adam çıxıb.

Əllərində yaşıl bayraqlar tutan kütlə “ İrana Azadlıq ” , “ Yaşasın Demokratiya “ kimi şüarlar səsləndiriblər.

Bundan başqa Tokiya, Məlmo, Berlin, Vyana, Cenevrə, İstanbul və Bişkekdə eyni tələblə nümayişlər keçirilib.

XS
SM
MD
LG