Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:39

Kürd muxtariyyətində səslərin hesablanması gedir


İraqın şimalındakı kürd muxtariyətində prezident və parlament seçkilərində verilmiş səslərin hesablanması davam edir.

Müxalifətdə olan Goran partiyası dünənki seçkilərdə vacib uğur qazandığını bəyan edib.

Partiya deyir ki, regionun ikinci şəhəri olan Süleymaniyyədə səslərin çoxunu qazanıb.

Bu şəhər xeyli vaxt İraq prezidenti Cəlal Talabaninin rəyhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqının əsas dayaq məntəqəsi olub.

Demokratik Kürdüstan Partiyasıyla Kürdüstan Vətənpərvərlər İtifaqından ibarət kolaisiyanın parlamentdə çoxluğu qoruyub saxlayacağı gözlənilir.

Amma Goran partiyası bir sıra başqa yerlərdə də qalib gəldiyini , regionun ən böyük şəhəri olan Ərbildə isə ikinci olduğunu bəyan edir.
XS
SM
MD
LG