Əfqanıstanın şərqindəki Host əyalətində hökumət binalarına hücumda 8 intiharçı iştirak edib.
Müdafiə nazirliyinin məlumatına görə hücum edənlərdən 7-si öldürülüb, biri isə aradan çıxıb.
Yaraqlılardan başqa hücumda ölən olmayıb.
Amma 14 nəfər yaralanıb.
Onlardan 11-i mülki şəxslər, 3-ü isə polisdi.
Avqustun 20-də Əfqanıstanda növbəti prezident seçkiləri keçiriləcək.
Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk xəbərdarlıq edib ki, müharibə şəraitində seçki keçirmık çox çətin olacaq.