Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:22

Torpaq uçqununun altında qalmış 3 nəfərin meyiti çıxarılıb


Bakıda baş vermiş sürüşmə nəticəsində torpaq uçqununun altında qalmış 3 nəfərin meyiti çıxarılıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə Departamentindən məlumat verilib.

Qeyd edək ki, bu gün saat 14.12 radələrində FHN-in 112 zəng xidmətinə Bakının Nizami rayonunda hadisə baş verməsi barədə məlumat daxil olub.

Rayonun Şərq küçəsi, 1 ünvanında KİBRYA STE firması tərəfindən su çəkilişi məqsədilə qazıntı işləri aparılan zaman torpaq qatı uçub. Nəticədə 3 fəhlə torpaq qatının altında qalıb. Hadisə yerinə dərhal FHN-nin xilasediciləri gəlib.

FHN-dən bildirilib ki, hadisəyə xəndəyin qazılması zamanı texniki qaydalara riayət edilməməsi səbəb olub.
XS
SM
MD
LG