Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:59

Türkmənistan Azərbaycanı məhkəməyə verir


Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov ölkəsinin Nazirlər Kabinetinə tapşırıq verib ki, Xəzər dənizindəki mübahisəli qaz yataqları ilə bağlı Azərbaycanı beynəlxalq məhkəməyə versin. «Reuters» agentliyinin məlumatına görə prezident Berduməhəmmədov bu işi Xarici İşlər naziri Rəşid Meredova tapşırıb.

Avropa Birliyi ümid eləyir ki, Türkmənistan Rusiyadan yan keçməklə Avropaya qaz ötürülməsi üçün nəzərdə tutulan «Nabukko» kəmərinə qazı ilə dəstək olacaq.

Azərbaycan və Türkmənistan arasında mübahisə Azərbaycanın «Kəpəz» və «Osman», Türkmənistanın isə «Sərdar» adlandırdığı neftə və qaz yatağına görədir.

Sonuncu dəfə iki ölkə arasında mübahisəli yataqlarla bağlı danışıqlar ötən həftə olub.

Q. Berduməhəmmədov deyib ki, «biz Azərbaycanla 16 dəfə danışıqlar aparmışıq, ancaq problem hələ də həll olunmayıb».

Türkmən prezident «beynəlxalq arbitraj məhkəməsinin istənilən qərarını qəbul etməyə hazır» olduqlarını deyib.

Sovet İttifaqı dağılandan sonra Xəzəryanı dövlətlərin 5-dən 3-ü (Qazaxıstan, Rusiya və Azərbaycan) Xəzərin delimitasiyası, dibinin və yeraltı sərvətlərinin bölünməsi ilə bağlı razılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG