Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Avropada havanın istiliyi 40 dərəcəyə çatır


İsti hava Avropanın cənub-şərqini cənginə alıb. Dünən Serbiyanın bəzi şəhərlərində havanın istiliyi 40 Selsi dərəcə olub. Qeyri-rəsmi məlumatlara görə Belqradda bəzi yerlərdə istilik 44 Selsi dərəcəyə çatıb. Paytaxtın 50 kilometr kəınarında istidən bir yaşlı kişi ölüb.

Bu gün Xorvatiya, Bosniya və Bolqarıstanda da havanın hərarəti 40 dərəcəni keçib.

Polşada iyulun 23-də güclü qasırğadan səkkiz adam həlak olub. Həmin qasırğadan dərhal sonra kəskin istilər başlayıb.
XS
SM
MD
LG