Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:22

Çeçenistan rəsmisi Zakayevlə gizli danışıqlar aparır


Çeçenistan rəsmiləri və çeçen müqavimət hərəkatının tanınmış nümayəndəsi Oslo gizli danışıqlar aparıb.

Çeçenistanda regional parlamentin rəhbəri Dukuvaxa Abdurrahmanov və çeçen silahlı qüvvələrinin keçmiş rəhbərlərindən olan Ahmed Zakayev görüşdükləri barədə məlumatları təsdiq ediblər.

Danışıqlara vasitəçilik etmiş Çeçenistan Sülh Forumunun rəhbəri İvar Amundsen bildirib ki, onların növbəti görüşləri gələn həftələrdə Londonda olacaq.

Rusiya 1994-2000-ci illərin müharibəsində cinayət törətdiyini iddia edərək hazırda Londonda yaşayan Ahmed Zakayevin geri verilməsini tələb edib. Amma Britaniya bu tələbi rədd edir.

Moskvanın himayəsində olan Çeçenistanın prezidenti Ramzan Kadırov da bu ayın əvvəlində bildirirdi ki, Zakayev geri dönüşünü alqışlayar və ona vəzifə də verərdi.
XS
SM
MD
LG