Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:13

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır


İyulun 25-dən avqustun 3-dək abituryentlər ixtisas seçimi etməlidirlər. TQDK sədri Məleykə Abbaszadə deyir ki, əldə olan nəticələrə görə, hər bir qrup üzrə təxminən 1000 nəfər kənarda qalacaq.

Məleykə Abbaszadənin sözlərinə görə, 600-dən artıq bal toplayanlar seçdikləri ixtisaslara düşəcəklər. Ancaq bununla belə, yer məhdud olan ixtisaslar var ki, onlar üzrə müsabiqə olacaq. İkinci mərhələdə isə yalnız ödənişli ixtisaslar və özəl ali məktəblərə seçim etmək mümkündür.

TQDK sədri bildirir ki, avqustun 5-də ixtisas seçiminin nəticələri elan ediləcək.
2-ci qrup üzrə bu gün keçirilən imtahanların nəticələri isə ən geci iyulun 27-də açıqlanacaq.
XS
SM
MD
LG