Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 00:41

Prokuror “Xural” qəzetinin baş redaktorunun cərimələnməsini tələb edib


Bu gün Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində qaldırılmış cinayət işiylə bağlı məhkəmə keçirilib.

İş üzrə dövlət ittihamçısı Elfaq Səfərov Əvəz Zeynallının CM-in 283.1-ci maddəsinə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) görə 1500 manat cərimə edilməsini tələb edib.

Məhkəmə hökmü iyulun 29-da elan olunacaq.

XS
SM
MD
LG