Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:25

Human Rights Watch Özbəkistan hakimiyyətini işgəncələrdə ittiham edib


Human Rights Watch təşkilatı Özbəkistan hakimiyyətini 2007-ci ildən həbsdə olan dissident-şair Yusuf Cumayevi işgəncələrə məruz qoymaqda ittiham edib.

Ölkə prezidentini təhqir etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Cumayevin təcridxanada olarkən döyüldüyü bildirilir.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Holli Kartner Özbəkistan hakimiyyətini şairi dərhal azad etməyə və ona işgəncə verilməsində məsuliyyəti olanları istintaqa cəlb etməyə çağırıb.
XS
SM
MD
LG