Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:13

«Qarabağ» iyulun 30-da Finlandiyanın «Honka» komandası ilə qarşılaşacaq


Ağdamın «Qarabağ» komandası dünən Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununu keçirib. Bakıda Norveçin «Rusenborq» futbol klubunu qəbul edən Ağdam klubu 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıblar.

Bir həftə əvvəl Norveçdə keçirilmiş ilk matç qolsuz heç-heçə ilə başa çatmışdı.

Üçüncü mərhə oyununda «Qarabağ»ın rəqibi Finlandiyanın «Honka» komandası olacaq. Ağdam klubu ilk matçını iyulun 30-da səfərdə keçirəcək.
XS
SM
MD
LG