Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:36

«İraqdan qoşunların çıxarılması uğurla davam edir»


ABŞ İraqdan qoşunlarını 2011-ci ilin sonuna qədər çıxaracaq, baxmayaraq ki, zorakılıq halları davam edir.

Prezident Barak Obama Ağ Evdə İraq baş naziri Nuri əl-Maliki ilə birgə mətbuat konfransında belə deyib. Obama bildirib ki, ABŞ qoşunlarının iyun ayının sonlarında İraq şəhərlərini tərk etməsi Vaşinqtonun iraqlılara verdiyi vədi tutduğunu göstərir.

Nuiri əl-Maliki isə İraq-ABŞ münasibətlərini «strateji dostluq» kimi xarakterizə edib.

Vaşinqtona səfəri zamanı əl-Maliki xarici investorları İraqa səhm yatırmağa da həvəsləndirməyə çalışır.

XS
SM
MD
LG