Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:21

Qarabağ məsələsini mövcud təkliflərlə həll etmək olar


Dağlıq Qarabağla bağlı istənilən razılaşma ədalətli, beynəlxalq normalara uyğun olmalı , Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməlidi və hesab edirəm ki, dasnışıqlar masasında olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün ilin birinci yarısının sosial-iqtisadi yekunlarıyla bağlı Nazirlər Kabinetinin iclasında deyib.

İlham Əliyev qeyd edib ki,bu məsələ yalnız hüquqi müstəvidə həll oluna bilər-Azərbaycanın ərazi bütövıüyü bərpa olunmalı, işğal altında olan bütün torpaqlar azad edilməli, Dağlıq Qarabağda yaşayan insanlar və ora qayıdacaq azərbaycanlılar bir muxtariyyətdə yaşamalıdı.

Prezident daha sonra deyib ki, əgər Ermənistan reallığı, Azərbaycanın iqtisadi, siyasi və diplomatik uğurlarını nəzərə alsa bu münaqişəni daha tez həll etmək olar.
XS
SM
MD
LG