Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Mətbuat günü 3 jurnalistə hökm oxundu


Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli və Ramiz Tağıyev
İyulun 22-də Nizami rayon məhkəməsi «Nota» qəzetinin baş redaktoru vəzifəsini icra edən Sərdar Əlibəyli və qəzetin əməkdaşı Fərəməz Allahverdiyev haqqında 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Hökm «Azadlıq hərəkatçıları» Birliyinin sədri Təhmasib Novruzovun iddiası əsasında çıxarılıb.

Məhkəmə qərarına görə, Əlibəyli təhqirə (CM-nin 148-ci maddəsi), Allahverdiyev isə ağır cinayət törədilməsi ilə bağlı böhtan atmaqda (CM-nin 147.2-ci maddəsi) təqsirli bilinib.

«Nota»nın daha bir əməkdaşı Ramiz Tağıyev isə ağır cinayət törədilməsi ilə bağlı böhtan atmaqda təqsirli bilinərək 6 ay islah işlərinə cəlb edilib.

Allahverdiyev və Əlibəyli bundan əvvəl də böhtana görə, cinayət məsuliyyətinə cəlb olunublar. 2007-ci ilin yanvarında Allahverdiyev 2 il həbs cəzasına, Əlibəyli isə 1,5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Elə həmin ilin dekabrında Fərəməz Allahverdiyev əfv olunub.

İş üzrə iddiaçı Təhmasib Novruzov hakimiyyət meylli ictimai təşkilatın rəhbəridir.

Bu vaxta kimi Azərbaycanda bir neçə jurnalist həbsdədir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülsə də, mətbuat işçiləri məhz peşə fəaliyyətlərinə görə həbs edildiklərini iddia edirlər. Beynəlxalq insan haqları təşkilatları onların dərhal azadlığa buraxılmasını tələb edən çoxsaylı bəyanatlar veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG