Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Jurnalistin qətlinə görə generalı yaxalayıblar


Ukraynada jurnalist qeorqi Qonqadzenin qətlinin təşkilində şübh.li bilinən keçmiş polis generalı həbs olunub.

Daxili İşlər Nazirliyi nəzarət departamentinin keçmiş rəisi Aleksey Pukaç dünən axşam Jitomir vilayətində həbs olunub.

Pukaçın idarəsinin 3 keçmiş əməkdaşı 2008-ci ildə Qongadzenin qətlində təqsirli bilinərək 12-13 il arası həbs cəzasına məhkum olunublar.

Versiyalara görə jurnalisti oğurlanması və qətlinə Pukaç rəhbərlik edib.

Qonqadze 2000-ci ilin sentyabrında itgin düşüb, iki aydan sonra isə Kiyevin ətrafında onun başsız bədəni tapılıb.
XS
SM
MD
LG