Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:58

Vaşinqton müttəfiqlərini qorumağa hazırdı


Əgər İran nüvə proqramından əl çəkməsə Birləşmiş Ştatlar regiondakı müttəfiqlərinin müdafiəsini gücləndirməyə hazırdır.

Bunu Tailandda səfərdə olan Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib.

Hillari Klinton eyni zamanda İranla danışıqların açıq olduğunu deyib.

Birləşmiş Ştatlar və onun müttəfiqləri hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Amma Tehran nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Hillari Klinton Tailanda Cənub Şərqi Asiya Ölkələri Birliyinin regional təhlükəsizlik konfransında iştirak etmək üçün gedib.

Hillari Klinton həmçinin deyib ki, Vaşinqton Myanmarın Şimali Koreyadan nüvə texnalogiyası ala bilməsindən narahatdır.

Onun bu gün Çin,Yaponiya, Rusiya və Cənubi Koreya rəsmilərilə ayrıca görüşü gözlənilir.
XS
SM
MD
LG