İyulun 22-si səhər saatlarında metronun «Həzi Aslanov» - «Memar Əcəmi» xəttində hərəkət edən metro qatarı «Gənclik» və «28 May» stansiyaları arasındakı tuneldə 20 dəqiqəyə yaxın dayanıb
Qatarın hərəkəti saat 10:08-də bərpa olunub. Tuneldə qalmış qatar çıxarılandan sonra digər stansiyalarda hərəkət bərpa edilib.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov «Media forum»a bildirib ki, qatarın tuneldə dayanması texniki nasazlıqla bağlıdır: «Avtomatik qurğu qatarı buraxmayıb və o, yerindən tərpənə bilməyib. Nasazlıq aradan qaldırılıb».