Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

İyulun 22-si Milli Mətbuat günüdür


Azərbaycan mətbuatının yaranmasından 134 il keçir. Milli mətbuatın ilk nümunəsi «Əkinçi» qəzeti Azərbaycan oxucusuna məhz 134 il əvvəl təqdim edilib.

Hazırda Azərbaycanda 2500-ə yaxın jurnalist var, 650 KİV fəaliyyət göstərir.

Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinin əsas problemi kimi «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini, media işçilərinin hökumət tərəfindən təqiblərə məruz qaldığını, informasiya əldə etmək hüquqlarının pozulmasını göstərir.

Hazırda ölkədə bir neçə jurnalist həbsdədir. Onların məhz peşə fəaliyyətinə görə həbs olunduqları bildirilir.

Milli Mətbuat günü Azərbaycanda 1991-ci ildən qeyd edilir.
XS
SM
MD
LG