Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Prezidentlər payızda yenidən görüşə bilər


«Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə payızda görüşə bilər». Bu barədə ATƏT-in Minsk qrupunun yayıdğı son bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezidentlərin iyulun 17-18-də Moskvada keçirdiyi görüş «səmimi» və «konstruktiv mühitdə» keçib.

Minsk qrupunun həmsədrləri prezidentləri məlumatlandırıblar ki, «L'Aquila Bəyənnaməsi»nə uyğun Madrid prinsiplərinin yenilənmiş variantını hazırlamaq üçün onlar iyulun sonlarında Polşanın Krakov şəhərində işçi iclas keçirəcəklər.

Həmsədrlər regiona sentyabr ayında səfər etmək niyyətindədir. Həmin vaxt vasitəçilər prezidentlərin növbəti dəfə sentyabr ayının sonları, ya da oktyabrın əvvəlində görüşmək imkanlarını öyrənəcəklər.

Azərbaycan və Ermənistan prezidentləri ötən ilin iyunundan bu yana 6-cı dəfədir ki, görüşüb, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə yollarını müzakirə ediblər.
XS
SM
MD
LG