Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Co Bayden Viktor Yuşşenkoyla görüşüb


Birləşmiş Ştatların vitse prezidenti Co Bayden Kiyevdə Ukrayna rəsmilərilə danışıqlar aparır.

Birləşmiş Ştatlar Ukraynanı inandırmaq istəyir ki, Vaşinqtonun Moskvayla münasibətləri yaxşılaşdırmaq istəməsi Ukraynaya təsir etməyəcək.

Co Bayden artıq prezident Viktor Yuşşenkoyla görüşüb.

Onun baş nazir Yuliya Timoşenko və müxalifət lideri Viktor Yanukoviçlə də görüşəcəyi gözlənilir.

Hər 3 lider yanvarda keçiriləcək prezident seçkilərində mübarizə aparacaq.

Bayden Ukraynadan sonra Gürcüstana gedəcək.

Ukrayna və Gürcüstan rəsmiləri ehtiyat edir ki, ABŞ-Rusiya münasibətlərinin düzəlməsi onların NATO-ya qoşulması və Qərbə inteqrasiya eləməsinə mane ola bilər.
XS
SM
MD
LG