Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 21:02

Iraqda partlayışlarda 8 adam ölüb


İraqda törədilmiş partlayışlar nəticəsində 8 nəfər ölüb, 60-dan çox adamsa yaralanıb.

Bağdadın ətrafında, şiə məhəlləsində törədilmiş 3 partlayış nəticəsində 2 uşaq da daxil olmaqla 5 adam ölüb.

Ölkənin qərbindəki Ramadi şəhərində törədilmiş 2 partlayışda isə 3 adam ölüb.

Dünənsə Ramadi və Mosulda törədilmiş partlayışlarda 10 adam ölüb.

3 həftə bundan Amerika ordusu İraqın bütün şəhərlərindən çıxarılıb, nəzarət yerli təhlükəsizlik qüvələrinə verilib.

İraqın baş naziri Nuri əl Maliki Vaşinqtona yollanıb.

O ABŞ prezidenti Barak Obamayla ölkədəki vəziyyəti müzakirə edəcək.
XS
SM
MD
LG