Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

Musəvi Dini liderin xəbərdarlığına əməl eləmir


İran rəsmilrinin iddia elədiklərinin heç bir əsası yoxdur, müxalifətin seçkisonrası etirazları heç bir xarici dövlətlə bağlı olmayıb. Son seçkilərdə islahatçıların namizədi olan Mir Hüseyn Musəvi bu gün öz rəsmi saytında Dini liderin ittihamlarına belə cavab verib. Musəvi onu da bildirib ki, müxalifət tərəfdarlarını həbs eləyib, onları vəkilsiz qoymaqla seçkidən sonra yaranan mübahisələri həll eləmək mümkün deyil.

Bundan öncə İranın Ali Dini Lideri Ayətullah Əli Xamaneyi yenidən xarici ölkələri ölkədəki seçkisonrası vəziyyəti gərginləşdirməkdə ittiham eləmişdi. Ölkə rəsmiləri qarşısında çıxışında Xamaneyi Qərb ölkələrinin "İranın daxili işlərinə qarışıb, vəziyyətə gərginləşdirmək" ittihamlarını qəbul etməmələrini “şərəfsizlik” adlandırıb.

Xamaneyi ölkə siyasətçilərinə xəbərdarlıq eləyib ki, ölkədəki vəziyyəti gərginləşdirməklə Qərbin oyunlarına alət olmasınlar.

Daha əvvəl İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkə hakimiyyətini legitimləşdirmək və seçkisonrası böhrana son qoymaq üçün ümummilli referendum keçirməyi təklif eləmişdi.
XS
SM
MD
LG