Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:58

İranın dini lideri siyasətçilərə xəbərdarlıq elədi


İranın Ali Dini Lideri Ayətullah Əli Xamaneyi yenidən xarici ölkələri ölkədəki seçkisonrası vəziyyəti gərginləşdirməkdə ittiham eləyib.

Ölkə rəsmiləri qarşısında çıxışında Xamaneyi Qərb ölkələrinin "İranın daxili işlərinə qarışıb, vəziyyətə gərginləşdirmək" ittihamlarını qəbul etməmələrini “şərəfsizlik” adlandırıb.

Xamaneyi ölkə siyasətçilərinə xəbərdarlıq eləyib ki, ölkədəki vəziyyəti gərginləşdirməklə Qərbin oyunlarına alət olmasınlar.

Daha öncə, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkə hakimiyyətini legitimləşdirmək və seçkisonrası böhrana son qoymaq üçün ümummilli referendum keçirməyi təklif eləmişdi.
XS
SM
MD
LG