Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Zərərçəkən kimi tanınan şəxslər dilə gəldi


Vüsal Məmmədov
Gənc fəallar Adnan Hacızadə və Emin Milli haqqında qaldırılmış cinayət işində zərərçəkmiş kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov mətbuata müraciət ediblər. Onlar bildirirlər ki, bir sıra media orqanları hadisəni təhrif edərək onlara böhtan atır: «Bizi günahkar çıxarmağa çalışırlar. Biz buna etirazımızı bildiririk. Onu da hiss edirik ki, elə bil polis idarəsi də bu uydurmaların təsiri altına düşüb bizim əleyhimizə iş aparır».

Müraciət müəllifləri iddia edir ki, Adnan, Emin və onlarla bərabər olan şəxslər «Livan» restoranında hündürdən söyüş söydüklərinə görə onların istirahətini pozub. İradlarını bildirəndə isə onları döyüblər. Dediklərinə görə, aldıqları xəsarətlərə görə hələ də xəstəxanada müalicə alırlar.

Babək Hüseynov və Vüsal Məmmədov media təmsilçilərini faktları təhrif etməməyə və doğrunu yazmağa çağırıb.

Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG